Vaxtilə kolleclərdə aparılan müəllim hazırlığının mənfi nəticələri indi hiss edilir.
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, müəllimlərin sertifikasiya imtahanlarının nəticələri vaxtilə kolleclərdə təhsil almış müəllimlərin nəticələrinin aşağı olduğunu göstərir:
“Bu səbəbdən kolleclərdə müəllim hazırlığı dayandırılıb. Amma qeyd etməliyik ki, kollec məzunları arasında yüksək nəticə göstərən müəllimlər də var. Onlar illər ərzində öz üzərində çalışan və peşəkarlığını artıran şəxslərdir”.