Məktəbdən uzaqlaşdırdığımız direktorların 20 faizi məhkəmə yolu ilə geri qayıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
“Nalayiq danışan məktəb direktoruna cəza veririk. Amma cəmiyyət onlara daha pis cəza verilməsini istəyir. Amma biz onlara rəsmi şəkildə cəza verə bilərik".