• Bakı C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Nazir müavini: 1,5 milyard kub metr qaza qənaət edəcəyik

CƏMİYYƏT

03 Mart 2025 | 14:22

Nazir müavini: 1,5 milyard kub metr qaza qənaət edəcəyik

Azərbaycan 2030-cu ilə qədər 1,5 milyard kub metr qaza qənaət edəcək.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirə”də energetika nazirinin müavini Elnur Soltanov deyib.

Nazir müavini bildirib ki, enerji səmərəliliyi ən əhəmiyyətli enerji mənbəyi sayılır: “2030-cu ilə qədər biz təxminən 1,5 milyard kub metr qaza qənaət edəcəyik. Buna boruların modernləşdirilməsi ilə nail olacağıq. Bu, əhali üçün yaxşı xəbərdir, daha ucuz enerji deməkdir”.

Elnur Soltanov qeyd edib ki, təbii qazın ixracından da çəkinmirik: “Çünki təbii qaz dekarbonaziya enerji növü kimi gündəmdədir. Biz qaz ixracı ilə Türkiyə kimi Avropa İttifaqında olan bir çox ölkənin də dekarbonazisasiya hədəflərinə nail olmasına çalışırıq”.


SON XƏBƏRLƏR