• Bakı 16° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Nazir ona yüksək vəzifə VERDİ - FOTO

CƏMİYYƏT

22 Aprel 2025 | 20:03

Nazir ona yüksək vəzifə VERDİ - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr təyin olunub.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə bu vəzifəyə Ramin Alik oğlu Rzayev gətirilib.

Ramin Rzayev bu təyinata qədər idarə heyətinin sədr müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sabiq sədri Anar Bayramov bu ayın 17-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.


SON XƏBƏRLƏR