• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Nazir valideynlərə SƏSLƏNDİ

CƏMİYYƏT

30 Noyabr 2023 | 17:08

Nazir valideynlərə SƏSLƏNDİ

 “Uşaqlar peyvəndlənməyəndə qızılcaya yoluxma sayı artır”.

Bakıvaxtı.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə deyib.

Onun sözlərinə görə, peyvəndlənmə yoxdursa, məktəb tərəfindən nəsə gözləmək lazım deyil. Valideynlərə səslənən E.Əmrullayev qeyd edib ki. bu, onların məsuliyyətidir: “Hər bir peyvəndin vurulma yaşı var. Mütləq vurulması lazım olan vaxtda vurulmalıdır. Biz koronavirus vaxtı da bunun şahidi olduq”.

E.Əmrullayev qeyd edib ki, vaksinlərin vurulması yoluxmanı aşağı salır: “Vaksin olunsa belə, 3-4 min haldan bir ölümün olması gözləniləndir. Peyvənd vurdurmaq hər bir ailənin borcudur”.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Iyul 2024