• Bakı 21° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Nazir Vətən müharibəsi iştirakçılarına vəzifə verdi  - YENİLƏNİB

CƏMİYYƏT

23 Mart 2023 | 14:23

Nazir Vətən müharibəsi iştirakçılarına vəzifə verdi  - YENİLƏNİB

Vətən müharibəsi iştirakçısı olan müəllim direktor müavini təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, Vətən müharibəsi iştirakçısı Əliyev Məhərrəm Şahgəldi oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumtəhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsi üzrə müsabiqə və müsahibə mərhələsindən uğur qazanaraq, Lerik rayonu Ə.Rzayev adına Orand kənd tam orta məktəbində tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsinə təyinat alıb.

Lerik rayonu Ə.Rzayev adına Orand kənd tam orta məktəbin Coğrafiya müəllimi olan Əliyev Məhərrəm Şahgəldi oğlu Füzuli, Xocavənd, Hadrud, Şuşa və Laçın rayonlarının düşməndən azad olunması zamanı ona verilən tapşırıqları layiqincə yerinə yetirib.

Məhərrəm Şahgəldi oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

 

 

13:50

Vətən müharibəsi iştirakçısı, manqa komandiri olan müəllim direktor təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, Vətən müharibəsi iştirakçısı Nicat İqbal oğlu Babazadə Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə şagird sayı 500-ə qədər olan ümumtəhsil müəssisələrində vakant olan direktor vəzifəsi üzrə müsabiqə və müsahibə mərhələsindən uğur qazanaraq, Elm və Təhsil nazirinin müvafiq əmri ilə Yardımlı rayonu Kürəkçi kənd R.C.Əliyev adına tam orta məktəbinin direktor vəzifəsinə təyinat alıb.

Yardımlı rayonu R.C.Əliyev adına Kürəkçi kənd tam orta məktəbin coğrafiya müəllimi olan Nicat İqbal oğlu Babazadə Füzuli və Xocavənd rayonlarının düşməndən azad olunması zamanı manqa komandiri kimi ona verilən tapşırıqları layiqincə yerinə yetirib.

Babazadə Nicat İqbal oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları və “Azərbaycan Respublikası müharibə veteranı” vəsiqəsi ilə təltif olunub. /APA


SON XƏBƏRLƏR

22 Aprel 2024