• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nazirdən "Qarabağ"ın məğlub olmasına REAKSİYA

İDMAN

03 Avqust 2023 | 00:45 | Müəllif: Subhan Mahmudov

Nazirdən "Qarabağ"ın məğlub olmasına REAKSİYA

Bu gün biz hamımız "Qarabağ"dan qələbə gözləyirdik.

Bakıvaxtı.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Feysbuk hesabında yazıb.

"Qarabağ"ın Bakıda Polşa "Rakuv"u ilə 1:1 hesablı heç-heçə etdiyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşən nazir nəticəni belə şərh edib:

"Bu idmandır, təəssüflər olsun ki, uduzduq. Komandamıza növbəti mərhələdə uğurlar arzulayıram".

Qeyd edək ki, ilk oyunda rəqibinə 2:3 hesabı ilə uduzan "Qarabağ" iki görüşün nəticəsinə (3:4) əsasən Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam klubu mübarizəni Avropa Liqasında davam etdirəcək. "Köhlən atlar" turnirin III raundunda Finlandiyanın HİK komandası ilə qarşılaşacaq.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026