Xarici donordan qrant alan bələdiyyələr üçün tələb müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na dəyişiklik edib.
Qərara əsasən, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin əldə edilməsi və bundan sonra qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün xarici donor və ya müqavilə üzrə resipiyent (onların nümayəndəsi) tərəfindən müqavilə bağlandıqdan (qərar verildikdən) 30 (otuz) gün müddətində “bir pəncərə prinsipi” üzrə bələdiyyələrə (bələdiyyə orqanlarına) münasibətdə Ədliyyə Nazirliyinə müvafiq ərizələrlə müraciət edilməlidir.
Bakı 




