Müdadiə Nazirliyinin “N” saylı hərbi hissəsi “Nurşah” MMC-ni məhkəməyə verib.
Bakıvaxtı.az xəbər verir ki, işə Şəki Kommersiya məhkəməsində hakim Mübariz Hüseynov baxacaq.
İşin mahiyyəti kirayə müqavilələri üzrə mübahisələrlə bağlıdır.
Qeyd edək ki, bu ilin aprel ayında Bakı Ağır Cinayətlər Məhkəməsində Xəzərdə “Azərsu” ASC-nin 640 min manatlıq əmlakını oğurlamaqda ittiham olunan “Nurşah” MMC-nin rəhbərlərinə hökm oxunub. Hökmə görə, şirkətin qanuni təmsilçisi və direktoru olan Rabil Cəfərov və cəmiyyətin fəaliyyətinə rəhbərlik edən Ramel Şahmarov şərti cəza verilib.
İbRa
Bakı 




