• Bakı C

    16.24 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Nazirlikdən Naxçıvan Şahmat Federasiyası ilə bağlı AÇIQLAMA

İDMAN

27 Noyabr 2024 | 10:34

Nazirlikdən Naxçıvan Şahmat Federasiyası ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Naxçıvan Şahmat Federasiyası ləğv edilib. 

Bakıvaxtı.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi bu barədə açıqlama yayıb. 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı açıqlamada federasiyanın öz qərarı ilə ləğv edildiyi bildirilib: 

“Naxçıvan Muxtar Respublikasında mövcud Şahmat Federasiyasının öz qərarı ilə ləğv edilməsi barədə məlumat Gənclər və İdman Nazirliyinə də daxil olub. Bildiririk ki, ölkə ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş Azərbaycan Şahmat Federasiyası fəaliyyət göstərir. Bu federasiya gələcəkdə də ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da şahmatın davamlı inkişafı üçün müvafiq işlər görəcək”.

Qeyd edək ki, Naxçıvan Şahmar Federasiyası ötən gündən fəaliyyətini dayandırıb. Sözügedən Şahmat Federasiyasının rəhbəri Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbov idi.


SON XƏBƏRLƏR

15 Aprel 2025