• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nə halsızlıq var, nə baş ağrısı, nə hərarət: Quru öskürəkdən necə xilas olaq?

CƏMİYYƏT

13 Mart 2024 | 13:46 | Müəllif: Qalib İbrahimoğlu

Nə halsızlıq var, nə baş ağrısı, nə hərarət: Quru öskürəkdən necə xilas olaq?

Son günlər yalnız öskürəklə özünü büruzə verən xəstəlik yayılıb. Belə ki, şikayət edənlərin nə hərarəti olur, nə baş ağrısı, nə də halsızlıqları, yalnız öskürürlər.

Terapevt Sübhan Hacıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hər zaman qış aylarında tənəffüs yollarının virus infeksiyaları ilə tez-tez rastlaşırıq. Onun sözlərinə görə, bu virus infeksiyalarına daha çox influenza, adenavirus, rinovirus, paraqrip və koronavirus daxildir:

“Bu virusların hər biri yuxarı tənəffüs yollarından yoluxduğu üçün öncə həmin nahiyələrdə qıcıqlanma, qaşınma, quru öskürək kimi simptomlar verir. Son zamanlar rastlaşdığımız daha çox quru öskürəklə özünü biruzə verən influenzadır. İnfluenzanın A, B, C ştamları olur, ancaq daha çox A ştamı ilə rastlaşırıq”.

Həkim qeyd edib ki, çox uzun çəkən, quru öskürəklərlə davam edən influenza virusu bu dəqiqə ciddi şəkildə yayılmaqdadır:

“Bu virusun inkubasiya dövrü 4-7 günə qədər davam edir. Əfsuslar olsun ki, hər pasiyenti tam izolyasiya edə bilmirik, çünki pasiyentlər hər zaman həkimə müraciət etmirlər. Bəzən ağırlaşmış bir dönəmdə həkimə müraciət edirlər. Bu ağırlaşmalar da bəzən pnevmoniya və yaxud sinuzit, orta qulaq iltihabı kimi xəstəliklərlə özünü göstərir. Pasiyentlər bu ağırlaşmalar yüksək temperaturla müşayiət olunduqda bizə müraciət edirlər. Bu zaman virus infeksiyasının yanına bakteriyal bir infeksiya da qoşulur və daha ağır mənzərə ilə üz-üzə qalırıq”.

Sünban Hacıyev: Pasiyentlər bu ağırlaşmalar yüksək temperaturla müşayiət olunduqda bizə müraciət edirlər

Terapevtin sözlərinə görə, bu cür infeksiyalardan qorunmaq üçün immun sistemimizi daha güclü saxlamalıyıq:

“Bunun üçün Vitamin C, D, sink, selen kimi mikroelementlərdən istifadə etməliyik. Gün ərzində bol-bol su tükətməliyik, mövsümi qidalardan, xüsusilə də meyvələrdə istifadə etmək lazımdır. Yuxu rejiminə düzgün əməl etməliyik. Eyni zamanda, ağız və burun boşluğunu gündə 3 dəfə duzlu su və antiseptiklərlə yuyub təmizləməliyik. Toplumda xəstə insan olma ehtimalı varsa, tibbi qoruyucu maskadan istifadə etməliyik ki, bu cür viruslara yoluxmayaq”.

“Yoluxma varsa, 72 saat ərzində orqanizmdən dəf ola bilmirsə, artıq ağırlaşmağa doğru gedir. İstənilən infeksiyada 3 gündən sonra həkimə müraciət edib peşəkar tibbi yardım almalıdırlar”, - deyə Sübhan Hacıyev əlavə edib,

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026