• Bakı 20° C

    5.85 m/s

Neft Fondu neft-qaz satışından 8 milyard qazandı

İQTİSADİYYAT

16 Oktyabr 2026 | 18:49 | Müəllif: Subhan Mahmudov

Neft Fondu neft-qaz satışından 8 milyard qazandı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin oktyabrın 15-dək dövlətin payına düşən karbohidrogenlərin satışından təxminən 4,6 milyard ABŞ dolları xalis gəlir əldə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna ARDNF-dən bildirilib.

Fondun məlumatına görə, 2026-cı ildə dövlətin payına düşən karbohidrogenlərin satışından 5,03 milyard ABŞ dolları (8,55 milyard manat) xalis gəlir əldə edilməsi nəzərdə tutulub.

Həmin göstərici üzrə illik plan 91% icra edilib. Bu isə hesablamalara görə, təxminən 4,6 milyard ABŞ dolları və ya 7,8 milyard manat deməkdir.

ARDNF qeyd edib ki, dövlətin mənfəət payına düşən karbohidrogenlərin satışından xalis gəlirlər faktiki satış qiymətləri əsasında, müvafiq satış xərcləri çıxılmaqla formalaşır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026