• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Neftçalada 1 yaşlı körpəni anası yerə çırparaq öldürübmüş - VİDEO

CƏMİYYƏT

12 Sentyabr 2025 | 20:11 | Müəllif: Subhan Mahmudov

Neftçalada 1 yaşlı körpəni anası yerə çırparaq öldürübmüş - VİDEO

Xəbər verdiyimiz kimi, Neftçalada 1 yaşlı uşaq müəmmalı şəkildə vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, rayonun İkinci Qaralı kəndində əkizlərdən biri olan körpə oğlan uşağının anası tərəfindən öldürüldüyü iddia edilir.

Belə ki, körpənin atası Səttar Allahverdiyev deyib ki, hadisədən əvvəl həyat yoldaşı psixoloji gərginlik keçirib: “Mənə zəng elədi ki, özünü çatdır, uşağın vəziyyəti yaxşı deyil. Dedi ki, “uşaq ağlamağa başladı, nə qədər etdim sakitləşdirə bilmədim, silkələyib yerə çırpdım”.

S. Allahverdiyev bildirib ki, hadisədən bir neçə saat əvvəl evdə həyat yoldaşı ilə mübahisəsi olub.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi açılıb, hadisəni törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026