• Bakı 27° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

Azərbaycan nefti heyrətləndirdi: BU XƏRCLƏR ARTA BİLƏR

İQTİSADİYYAT

03 Sentyabr 2026 | 11:00

Azərbaycan nefti heyrətləndirdi: BU XƏRCLƏR ARTA BİLƏR

“Neft qiymətlərinin yüksək olması qlobal inflyasiya riskini artırır. Çünki enerji qiymətləri, demək olar ki, istisnasız olaraq bütün məhsulların maya dəyərinə bu və ya digər dərəcədə təsir göstərir. Bəzi məhsullara təsiri daha çox, bəzilərinə isə daha az olur”.

Bunu iqtisadçı Xalid Kərimli Bakıvaxtı.az-a açıqlamasında bildirib.

İqtisadçı qeyd edib ki, neftin bahalaşması daşıma xərclərini və nəqliyyat qiymətlərini də artırır:

“Çünki neft daşımalar zamanı əsas enerji mənbələrindən biri kimi istifadə olunur. Bu da öz növbəsində qlobal inflyasiyanın artmasına səbəb ola bilər”.

Xalid Kərimlinin sözlərinə görə, Azərbaycan da qlobal inflyasiyaya həssas ölkələr sırasındadır:

“Azərbaycan neft və qaz ixrac edən ölkə olsa da, digər sahələr üzrə böyük həcmdə məhsul idxal edir. Bu baxımdan qlobal qiymət artımları ölkəmizə də təsir göstərir”.

O bildirib ki, Azərbaycanın əsas idxal istiqamətləri arasında Türkiyə, Çin, Rusiya və Avropa ölkələri yer alır:

“Bu istiqamətlərdən idxal olunan malların qiymətlərinin artması Azərbaycanda da inflyasiya təzyiqini gücləndirə bilər”.

Qeyd edək ki, son olaraq dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,46 % artaraq 101,96 ABŞ dolları təşkil edib.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Sentyabr 2026