• Bakı 12° C

    14.24 m/s

  • USD - 1.7

    EUR - 1.8522

    RUB - 0.0173

Neftin qiyməti 100 dollara qalxa bilərmi? - Proqnoz

İQTİSADİYYAT

08 Oktyabr 2024 | 10:15

Neftin qiyməti 100 dollara qalxa bilərmi? - Proqnoz

"İsrail və İran arasında müharibə "Brent" markalı neftin bir barelinin birja qiymətlərinin 100 dollara qədər artmasına səbəb ola bilər". 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu "Navigator Principal Investors" (NPI) şirkətinin rəhbəri Kayl Şostak deyib.

Onun sözlərinə görə, qlobal neft bazarı üçün təhlükə İsrail ordusunun İranın nüvə və hərbi infrastrukturuna raket hücumları riski ilə bağlı ola bilər. İranın enerji obyektlərinə dəyən ziyan Yaxın Şərq regionu ilə digər ölkələr arasında logistik kommunikasiyalara ciddi şəkildə təsir edə bilər:

"Qlobal neft daşımalarının 75 faizindən çoxu Fars körfəzi və Qırmızı dənizdən keçir. İranın enerji infrastrukturuna hücumlar zamanı gündə 4 milyon barrelə qədər xammal istehsalı və ya qlobal xammal tədarükünün 4 faizi risk altında ola bilər. Bu vəziyyətdə "Brent"in birja qiymətləri indiki səviyyələrdən 25 faiz arta bilər. Bu, qlobal neft bazarı iştirakçılarının İran şokuna reaksiyası olacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR

04 Noyabr 2024