• Bakı 23° C

    4.09 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Nepalda ölənlərin sayı mini ötdü

CƏMİYYƏT

15 Sentyabr 2026 | 09:05 | Müəllif: Günəş Mərd

Nepalda ölənlərin sayı mini ötdü

Nepalda Çinlə sərhəddə baş verən dağıdıcı torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1 396 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Nepal hakimiyyətinə istinadən məlumat yayıb.

Daha əvvəl 1 386 nəfərin öldüyü bildirilib. Məlumata görə, 5 100-dən çox insan hələ də itkin düşüb.

Təbii fəlakət avqustun 16-da səhər Nepalin şimalında qar uçqunu nəticəsində baş verib. Güclü qaya axını çay yatağı boyunca 70 kilometrdən çox məsafəni yüksək sürətlə qət edib, böyük ərazini su basıb. Çində 43 nəfər ölüb, 519 nəfər isə itkin düşüb.

Taqlar:Nepal

Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026