• Bakı C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Nəqliyyat vasitəsini narkotikin təsiri altında sürən sürücü saxlanıldı

HADİSƏ

29 Noyabr 2025 | 12:05

Nəqliyyat vasitəsini narkotikin təsiri altında sürən sürücü saxlanıldı

Bakıda yol polislərinin keçirdiyi profilaktik yoxlamalar zamanı "Ukrayna dairəsi" yaxınlığında nəqliyyat vasitəsini narkotiklərin təsiri altında idarə edən sürücü aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, həmçinin, Sabunçu, Xətai, Xəzər, Suraxanı, Nərimanov və Binəqədi rayonlarında keçirilən növbəti tədbirlər zamanı aşkarlanan qayda pozuntuları ilə bağlı sürücülərlə profilaktik söhbətlər aparılaraq qanunvericiliyin tələbləri izah olunub.

Tədbirlər zamanı yükdaşıma qaydalarını pozan, avtomobilin konstruksiyasında dəyişikliklər edən, nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən və s. qayda pozuntularına yol verən şəxslər müəyyən ediliblər.


SON XƏBƏRLƏR

16 Yanvar 2026