Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla o bu mükafata Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə layiq görülüb.
Qeyd edək ki, bu gün Xalq şairinin 95 yaşı tamam olur və Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva onu bu münasibətlə təbrik edib.
Bakı 




