• Bakı C

    8.56 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Netanyahu ilə Vens ABŞ və İran danışıqlarının yekunlarını müzakirə ediblər

DÜNYA

13 Aprel 2026 | 19:26

Netanyahu ilə Vens ABŞ və İran danışıqlarının yekunlarını müzakirə ediblər

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ-nin vitse-prezidenti Cey Di Vens telefonla İslamabadda ABŞ və İran danışıqlarının yekunlarını müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bu gün hökumət başçısının dəftərxanası məlumat yayıb.

"Dünən mən vitse-prezident Cey Di Venslə danışdım. O, İslamabaddan qayıdarkən öz təyyarəsindən mənə zəng etdi. Hazırkı administrasiya üzvlərinin hər gün etdikləri kimi, məni danışıqların gedişi barədə ətraflı məlumatlandırdı. Bu dəfə isə - danışıqların iflasa uğraması barədə", - Netanyahu bildirib.

Onun iddiasına görə, danışıqlar İran nümayəndə heyətinin mövqeyi səbəbindən uğursuzluqla başa çatıb. Bundan əlavə, Netanyahunun sözlərinə görə, Vens onu əmin edib ki, Vaşinqton əvvəlki kimi təkidlə Tehrandan malik olduğu bütün uranı təhvil verməsini və gələcəkdə İran ərazisində onun zənginləşdirilməsindən tamamilə imtina etməsini tələb edir. "Bu, onların əsas məqsədidir və əlbəttə ki, bu bizim üçün də vacibdir", - İsrailin Baş naziri qeyd edib.


SON XƏBƏRLƏR