• Bakı C

    13.62 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Nəzarətçilərin əksəriyyəti imtahanlara 1-2 dəfə cəlb olunur

CƏMİYYƏT

04 Fevral 2026 | 15:30

Nəzarətçilərin əksəriyyəti imtahanlara 1-2 dəfə cəlb olunur

Nəzarətçilərin imtahanlara cəlb olunma intensivliyi üzrə statistik göstəricilər açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov deyib.

Onun təqdim etdiyi qrafik göstəricilərə əsasən, nəzarətçilərin böyük hissəsi il ərzində 1 və ya 2 dəfə imtahan prosesinə cəlb olunur. Belə ki, 1 imtahanda iştirak edən nəzarətçilərin sayı 2 905 nəfər, 2 imtahanda iştirak edənlərin sayı isə 3 728 nəfər təşkil edib. 3 imtahanda iştirak edən nəzarətçilərin sayı 1 738, 4 imtahanda iştirak edənlərin sayı isə 1 248 nəfər olub.

Adıgözəl Həbibov bildirib ki, imtahanlara 5 və daha çox dəfə cəlb olunan nəzarətçilərin sayı mərhələli şəkildə azalır. Məsələn, 5 imtahanda iştirak edən nəzarətçilərin sayı 935, 10 imtahanda iştirak edənlərin sayı 453, 15 və daha çox imtahanda iştirak edənlərin sayı isə xeyli azdır:

“Bu statistika nəzarətçilərin imtahan prosesinə balanslı və planlı şəkildə cəlb edildiyini göstərir və həm sertifikatlı, həm də sertifikatsız nəzarətçilər arasında yükün nisbətən bərabər bölüşdürülməsinə xidmət edir”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR