• Bakı 16° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Nigar Şahhüseynbəyova: “Boşanmaların artması sosial və iqtisadi amillərlə bağlıdır”

CƏMİYYƏT

14 May 2025 | 12:20

Nigar Şahhüseynbəyova: “Boşanmaların artması sosial və iqtisadi amillərlə bağlıdır”

2024-cü ildə 49 508 nikah bağlanıb, 21 384 boşanma qeydə alınıb

Bakıvaxtı.az xəbər verir ki, bu statistikanı Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Nəsillərarası həmrəylik: ailə münasibətləri və dayanıqlı inkişaf kontekstində” mövzusuna həsr olunan konfransda çıxışı zamanı Azərbaycan Universitetinin “Sosial iş” kafedrasının müdiri Nigar Şahhüseynbəyova səsləndirib.

Onun sözlərinə görə, boşanma hallarının artması sosial və iqtisadi amillərin ailə münasibətlərinə təsiri ilə əlaqədardır:

“Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,3-dən 4,9-a enib. Boşanma göstəricisi isə ötən illə müqayisədə dəyişməyib”.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR