• Bakı 27° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Nigeriyalı futbolçunun "Milan"a keçidi baş tutmadı

İDMAN

24 Avqust 2025 | 15:39

Nigeriyalı futbolçunun Milana keçidi baş tutmadı

Almaniyanın "Bayer Leverkuzen" klubunun futbolçusu Viktor Bonifeysin İtaliya "Milan"ına transferi baş tutmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, nigeriyalı hücumçu Milan şəhərində tibbi müayinədən keçib, lakin onun nəticələri transferi şübhə altına alıb. 24 yaşlı oyunçu Almaniyaya qayıdacaq və gələcək taleyi ilə bağlı İtaliya klubunun qərarını gözləyəcək.

Qeyd edək ki, Viktor Bonifeys 2023-cü ilin yayından “Bayer Leverkuzen”də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.


SON XƏBƏRLƏR

23 Avqust 2025