• Bakı 10° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Nikah yaşı üzrlü səbəblərə görə də 1 il azaldılmayacaq

CƏMİYYƏT

23 Iyul 2024 | 16:07

Nikah yaşı üzrlü səbəblərə görə də 1 il azaldılmayacaq

Azərbaycanda nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Belə ki, əvvəlki qanunvericiliyə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilərdi. Yeni dəyişikliklə qanunun bu müddəası ləğv edilib.


SON XƏBƏRLƏR

20 Mart 2026