• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Nikaha girən gənclər narkoloji müayinədən keçməlidir - TƏKLİF

CƏMİYYƏT

29 Noyabr 2023 | 16:49

Nikaha girən gənclər narkoloji müayinədən keçməlidir - TƏKLİF

“Nikaha girən gənclər narkoloji müayinədən keçməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Kamilə Əliyeva parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Deputat qeyd edib ki, bu, həm də narkomaniya ilə mübarizədə təbliğat xarakteri daşıya bilər: “Artıq narkomaniyaya qurşanan gənc biləcək ki, bu, onun gələcək taleyinə maneə yarada bilər. Bundan əlavə, məktəblilərin ölüm faktı artıb. Onlar ürək çatışmazlığı və bir sıra xəstəliklərdən dünyasını dəyişir. Etiraf edək ki, bu gün dispanserizasiya formal xarakter daşıyır və həmin mexanizmə yenidən baxılmalıdır”.


SON XƏBƏRLƏR

26 Iyul 2024