• Bakı 27° C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Nikol Kidman illər sonra Tom Kruzla evliliyindən danışdı

ŞOU

15 Avqust 2026 | 10:20

Nikol Kidman illər sonra Tom Kruzla evliliyindən danışdı

Hollivud ulduzu Nikol Kidman aktyor Tom Kruzla evliliyi barədə danışıb.

Bakıvaxtı.az xəbər verir ki, aktrisa "British Vogue"ya müsahibəsində 23 yaşında olarkən Tom Kruzla ailə qurmaq qərarına qarşı çıxanların olduğunu bildirib. Həmin vaxt həmkarları daha məşhur olan Kruzla evliliyinin onun karyerasına kölgə salacağından narahat olublar.

Kidman isə həmin dövrdə sevgi naminə karyerasından belə imtina etməyə hazır olduğunu deyib:

"Mənə fərqi yox idi. Mən aşiq idim və evlənmək istəyirdim. Sevdiyim insanla evlənməməliyəm? Əlbəttə, karyeramı qurban verməyə hazır idim, mənə fərqi yox idi".

Qeyd edək ki, Kidman və Tom Kruz 1990-cı ildə ailə qurublar. Cütlük "İldırım günləri", "Uzaq-uzaq" və "Geniş bağlı gözlərlə" filmlərində birlikdə rol alıb. Onların evliliyi 10 il davam edib və 2001-ci ildə boşanıblar. Cütlüyün Bella və Konor adlı iki övladı var. Hər ikisi övladlığa götürülüb. (Axşam.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Avqust 2026