• Bakı 11° C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri COP29-da iştirak edirlər

COP29

12 Noyabr 2024 | 13:43

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri COP29-da iştirak edirlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Monteneqro, Latviya, Böyük Britaniya, eləcə də Birləşmiş Millətlər Təşkilatından (BMT) olan bir sıra üzvləri də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, onların sırasında Monteneqro Prezidenti Yakov Milatoviç, BMT-nin İnkişaf Proqramının nümayəndəsi Açim Steiner, Latviyanın keçmiş prezidenti Vaira Vire Freiberqa, Böyük Britaniyanın keçmiş Baş naziri Tereza Mey var.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən olan Monteneqro Prezidenti Yakov Milatoviç bu gün Mərkəzi ziyarət edib.

Mərkəzdə ona “Qələmin sehri: Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş miniatürlər” adlı xüsusi nəşr təqdim edilib.


SON XƏBƏRLƏR

13 Noyabr 2024