Pekində davam edən Qış Olimpiya Oyunlarında Norveç komandası yeni rekord vurub.
Bakıvaxtı.az-ın məlumatına görə, bu gün kişilər arasında biatlon yarışlarında bu ölkənin idmançısı Yohannes Tinqnes Bö qızıl medal qazanıb.
Beləliklə, Norveçin bu Olimpiya oyunlarında qazandığı qızıl medalların sayı 15-ə çatıb.
Bundan əvvəlki rekord Norveç və Kanadaya (14 qızıl medal) məxsus idi.
Qeyd edək ki, Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək.
















