• Bakı 23° C

    0.21 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

Norveçin səfiri XİN-ə çağırıldı

DÜNYA

03 Sentyabr 2026 | 19:24

Norveçin səfiri XİN-ə çağırıldı

Norveçin səfiri Heydi Olufsen "Professor Molçanov" gəmisinin saxlanılmasına görə Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun saytında dərc olunmuş bəyanatda deyilir.

Qeyd olunur ki, Rusiya "Professor Molçanov" gəmisinin saxlanılması ilə əlaqədar Norveçə qəti etirazını bildirib, Moskva bu cür hərəkətləri qətiyyən qəbul etmir və həbsin ləğv edilməsinə çalışacaq.

Rusiya XİN-in iddiasına görə, gəmi Şimali Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi İdarəsinə məxsusdur. Gəmi xüsusilə "Arktikuqol" trestinin əməkdaşlarını və alimlərin Murmanskdan Rusiyanın Barentsburq qəsəbəsinə çatdırılması üçün planlı reys həyata keçirirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR