Növbəti köç karvanı Xocalı rayonunun Şuşakənd kəndinə çatıb, sakinlərə açarlar təqdim edilib.
Bakıvaxtı.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Bununla kəndə köçürülən ailələrin sayı 93-ə (341 nəfər) çatıb.
***
13:38
Növbəti köç karvanı Xocalı rayonunun Şuşakənd kəndinə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə kəndə 14 ailə (51 nəfər) köçürülüb.
Bakı 



