AK Partiya və MHP-nin namizədi olan Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı “TRThaber” yayıb.
Bildirilib ki, səsvermənin 1-ci turunda millət vəkillərinin 317-si onun lehinə səs verib. Bu, yetərsay olmadığı üçün sədr seçimi 2-ci tura qalıb.
2-ci turda da yetərli say olmayıb. N.Kurtulmuş bu mərhələdə 321 səs ala bilib.
Üçüncü səsvermədə isə N.Kurtulmuş TBMM sədri seçilib.