• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Nyu-York ştatında pilotsuz uçuşlar məhdudlaşdırılacaq

DÜNYA

20 Dekabr 2024 | 12:21

Nyu-York ştatında pilotsuz uçuşlar məhdudlaşdırılacaq

"ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Nyu-York ştatının kritik infrastrukturu üzərində pilotsuz uçuş aparatlarının uçuşlarını müvəqqəti olaraq qadağan etmək niyyətindədir". 

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu qubernator Keti Hoçul deyib.

Onun sözlərinə görə, bu addım sırf ehtiyat tədbiridir:

"Nyu-York noyabrın ortalarından bəri pilotsuz təyyarələrin fəaliyyəti ilə bağlı hesabatları yaxından izləyir və biz federal tərəfdaşlarımızla yaxından işləyirik. FAA Nyu-York şəhərinin bəzi kritik infrastrukturu üzərində uçuşlara müvəqqəti məhdudiyyətlər elan etməyi planlaşdırır. Bu addım obyektlər üçün heç bir təhlükə yaratmayacaq".

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Aprel 2025