• Bakı 20° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Nyu-Yorkda Bayramov-Mirzoyan görüşü olacaq? - XİN-dən AÇIQLAMA

SİYASƏT

18 Sentyabr 2023 | 14:08

Nyu-Yorkda Bayramov-Mirzoyan görüşü olacaq? - XİN-dən AÇIQLAMA

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş nəzərdə tutulmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, C.Bayramovun proqramında belə bir görüş yoxdur.

Azərbaycan XİN başçısının digər görüşlərinə gəldikdə isə A.Hacızadə bildirib ki, bu barədə görüşlər keçirildikcə məlumat veriləcək.

Qeyd edək ki, Ermənistan mətbuatı Nyu-Yorkda C.Bayramov və A.Mirzoyan arasında görüşün keçirilə biləcəyinə dair məlumat yayıb.


SON XƏBƏRLƏR