• Bakı C

    9.67 m/s

  • USD - 1.7

    EUR - 1.7643

    RUB - 1.6887

Nyu-Yorkda Yaxın Şərq üzrə Beynəlxalq Konfrans keçiriləcək

DÜNYA

05 Fevral 2025 | 14:32

Nyu-Yorkda Yaxın Şərq üzrə Beynəlxalq Konfrans keçiriləcək

2025-ci ilin iyununda Nyu-Yorkda Yaxın Şərq üzrə beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. 

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl məlumat verib.  

Səfirin sözlərinə görə, Qəzza zolağının yenidən qurulması prosesinə başlamaq üçün konfransın keçirilməsinə ehtiyac var:

"Qəzzanın ən azı 80 milyard dollara ehtiyacı var. İsrailin mövqeyini dəqiq bilirik. Onların Qəzzaya ehtiyacı yoxdur, onların ən böyük problemi İordan çayının qərb sahilidir. Amma İsrail 15 aydan çoxdur ki, Qəzzada irəliləyir və indiyə qədər heç kim onları dayandıra bilməyib. Ümid edirik ki, ABŞ, Rusiya, Çin də daxil olmaqla, bütün ölkələr Qəzzada ortaq dil tapacaqlar".

Gülşən Şərif


SON XƏBƏRLƏR