• Bakı 10° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.8492

    RUB - 0.0175

“O məktəbin direktoru deputatın atasıdır...” - Liseydə PUL QALMAQALI

CƏMİYYƏT

03 Oktyabr 2024 | 17:42

“O məktəbin direktoru deputatın atasıdır...” - Liseydə PUL QALMAQALI

Bakı şəhər sakini Aytən Abbasova övladı İnci Abbaszadənin təhsil aldığı liseyin müəlliməsindən şikayətçidir.

Bakıvaxtı.az xəbər verir ki. valideyn bununla bağlı Musavat.com-a müraciət edib.

Müraciətdə bildirilir ki, qızı İnci Abbaszadə mayın ayından etibarən Müasir İnnovasiyalar Liseyində muəlliməsi Səbinə Qasımova tərəfindən aylarla psixoloji şiddətə məruz qalıb:

“Məsələnin kökündə məktəbin bank hesablarında problem olması və bununla əlaqədar olaraq aylıq təhsil haqlarını sinif rəhbəri Səbinə Aydın qızı Qasımovanın bank kartına göndərməyimiz, daha sonra isə müəllimənin onu mütəmadi mənimsəməsi dayanır. O məndən həmçinin məktəb xərcləri adı ilə müxtəlif vaxtlarda tez- tez kartına pul atmağımı istəyirdi.

Məktəbin bank hesabı bərpa olunsa da bizə bu barədə nə məktəbdən, nə müəllimədən məlumat gəlmədiyi üçün 1 il boyunca ödənişi həmin müəllimənin kartına göndərmişəm.

Müəllimə pulları məktəbə vermədiyi üçün qızımı aylarla birinci dərsə buraxmayıblar. Səbinə Qasımova məktəb rəhbərliyini də aldadırmış ki, valideynin imkanı yoxdur, ödənişi edəcək. Halbuki biz hər ay ödənişi vaxtında göndərirdik. Övladımın dərsə buraxılmamasından məlumatsız olmuşam. Çünki dərsə buraxılmasa da evə göndərilməyib və mən də təbii olaraq heç nədən şübhələnə bilməmişəm. Qızım psixoloji cəhətdən sarsıntı keçirirmiş. Çünki müəllimə ona bizim diqqətsiz və pis valideyn olduğumuzu, bu səbəbdən də dərsə buraxılmadığını deyirmiş.

Qızıma evdə bu hadisələri deməməsi üçün həm hədə qorxu, həm də manipulyasiya tətbiq edirmiş. Əgər evdə desə, bizim qızımızı məktəbdən çıxaracağımızı və onu dostarından ayıracağımızı deyirmiş.

Qızım aylarla kefsiz, səbəbsiz ağlayan, özünə qapanıq olmuşdu. Tez-tez bizim onu sevmədiyimizi deyirdi. Səbəbi isə müəllimənin manipulyasiyaları imiş, biz bunu xeyli sonra bildik.

Məktəb məsələdən xəbərdar olduqdan sonra da müəllimə haqqında heç bir ciddi tədbir görmədi. Mənim və digər valideynlərin təkidi ilə müəlliməni işdən xaric etdiklərini desələr də, məlum oldu ki, təsisçi Əhməd Vəliyev onu digər məktəbi olan “Baku British Scool”a müəllimə təyin edib.

Şikayətimi hadisə baş verən vaxt (may ayında) 102 xidmətinə bildirmişəm, onlar da məni Binəqədi rayonu 5-ci polis bölməsinə yönləndiriblər. Həm yazılı, həm şifahi şikayətimi təqdim etmişəm. Lakin məsələ ilə bağlı bu 4 ay ərzində heç bir tədbir görülməyib və məni məlumatlandırmayıblar”.

Sözügedən müəllimə Səbinə Qasımova ivalideynin iddialarının yalan olduğunu deyib:

“Məktəbə yaxınlaşıb məlumatları alın, sizə çeki göstərsinlər. Aytən xanım ötən ildən məni narahat edir. Məni polisə belə vermişdi. Lakin orada hər şey aydın oldu.

O qadın övladının anasından çox mənə bağlı olmasını qəbul edə bilmir. Mənim həyat yoldaşım həmin valideynlə bağlı prokurorluğa şikayət edəcək. Çünki artıq biz bezmişik. Hər dəfə polisə şikayət edir. Gedib problemlərini həll etsin. Məktəbimizin direktoru Əhməd müəllimin oğlu deputatdır. Sizcə, belə bir məktəbdə belə hadisə realdırmı?”

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, valideynin şikayəti ilə bağlı məsələyə baxılır və araşdırma aparılacaq.

Məktəbin direktoru Əhməd Vəliyevlə əlaqə saxlamağa çalışılsa da, zəngə cavab verilməyib.


SON XƏBƏRLƏR

03 Noyabr 2024