Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Qabonlu forvard “Marsel”lə anlaşıb. 36 yaşlı futbolçu Liqa 1 klubu ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Pyerr-Emerik Obameyanq ötən mövsüm “Əl-Kadsiya”nın heyətində 36 oyunda 21 qol vurub, 3 qol ötürməsi edib. O, 2023/2024 mövsümündə də “Marsel”də çıxış edib.