• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Ödəmə terminallarından  oğurluq edən şəxs tutuldu

HADİSƏ

24 Noyabr 2022 | 12:06

Ödəmə terminallarından  oğurluq edən şəxs tutuldu

Bakıda ödəmə terminallarını müxtəlif üsul və vasitələrlə talayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtda pul ödəmə terminallarını müxtəlif üsul və vasitələrlə talayan şəxs müəyyən olunub.

Binəqədi rayonunda 2864, 1157, 4496 manat və Sabunçu rayonunda 800 manat olmaqla ödəmə terminallarından oğurluq etməkdə şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər quldurluğa görə məhkum olunan Qəzənfər Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırma aparılır.


SON XƏBƏRLƏR