• Bakı 20° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə cərimə artırılıb

CƏMİYYƏT

24 Iyul 2024 | 16:52

Ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə cərimə artırılıb

Nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra parklanma müddətinin başladılmamasına görə cərimələr 2 dəfə artırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

    Məcəlləyə əsasən, nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə iyirmi manat məbləğində cərimə ediləcək.


    SON XƏBƏRLƏR

    15 Sentyabr 2025