44 günlük Vətən müharibəsində şəhid olan Veyis İsmayılovun atası Əflatun İsmayılov vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.
Veyis İsmayılov 1996-ci il fevralın 23-də Yevlax rayonunda anadan olub. 2001-2005-ci ildə Yevlaxda 9 saylı orta məktəbdə təhsil almağa başlayıb. 2006-cı ildə isə ailəsi ilə birlikdə Bakıya gələrək təhsilini Zabrat qəsəbəsi 307 saylı orta məktəbdə davam etdirib. 2014-cü ildə Qazax rayonunda hərbi xidmətdə olub. Vətən müharibəsində manqa komandiri kimi iştirak edən Veyis İsmayılov oktyabrın 13-də Suqovuşan istiqamətində şəhid olub.
Onun nəşi 35 gün sonra tapılaraq noyabrın 17-si Bakıda dəfn olunub.
Qeyd edək ki, Əflatun İsmayılov hər gün oğlunun məzarını ziyarət etməsi və onunla dərdləşməsi ilə gündəm olmuşdu.
Bakı 





