• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Oğuz-Qəbələ su xəttində təmir-bərpa işləri aparılır - FOTOLAR

CƏMİYYƏT

14 Avqust 2024 | 11:40 | Müəllif: Qalib İbrahimoğlu

Oğuz-Qəbələ su xəttində təmir-bərpa işləri aparılır - FOTOLAR

Avqustun 12-i gecə saatlarından başlayaraq, Oğuz-Qəbələ xəttində təmir-bərpa işləri aparılır.

Bu barədə Bakıvaxtı.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən bildirilib

Məlumata görə, hazırda həmin ərazidə geniş tərkibli yenilənmə işləri görülür.

Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması isttiqamətində işlər aparılır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin təşkilatçılığı ilə həmin ərazilərin təminatında həm də su maşınlarından istifadə olunacaq.

Oğuz - Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-sı axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır.

 


Oğuz-Qəbələ su xəttində təmir-bərpa işləri aparılır - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026