• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Oğuzda minik və yük avtomobilləri toqquşdu - Xəsarət alan var

HADİSƏ

13 Iyun 2021 | 13:19

Oğuzda minik və yük avtomobilləri toqquşdu - Xəsarət alan var

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qarabulaq-Böyük Söyüdlü avtomobil yolunda qeydə alınıb.

Qarabulaq kənd sakini, 1996-cı il təvəllüdlü Qadir Şirin oğlu Babayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobillə “QAZ-53” markalı yük avtomobili toqquşub.

Nəticədə 25 yaşlı Q.Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026