• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Oğuzda qanunsuz kömür istehsal edən şəxs barəsində tədbir görüldü

CƏMİYYƏT

08 Dekabr 2023 | 18:38

Oğuzda qanunsuz kömür istehsal edən şəxs barəsində tədbir görüldü

Oğuz Rayon Polis Şöbəsinin  və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı rayonun Muxas kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin kənd sakini Ş.Əkbərov olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci (dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə) maddəsi ilə protokol tərtib edilib.

Kömür quyularının isə üzəri torpaqla örtülərək fəaliyyəti dayandırılıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024