• Bakı C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Okamura: Çexiya Ukraynadakı münaqişəyə görə pul ödəməyəcək

DÜNYA

20 Dekabr 2025 | 21:27

Okamura: Çexiya Ukraynadakı münaqişəyə görə pul ödəməyəcək

"Çexiya öz vətəndaşlarının pullarını Ukraynadakı münaqişəni dəstəkləmək üçün xərcləməyəcək".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çexiya Parlamentinin Deputatlar Palatasının (aşağı palata) spikeri və Çexiyanın hakim koalisiyasında yer alan Azadlıq və Birbaşa Demokratiya siyasi hərəkatının sədri Tomio Okamura bildirib.

"Qısa və aydındır: Çexiya vətəndaşlarının pulları silah, sursat almaq və ya Ukraynadakı müharibəni dəstəkləmək üçün istifadə olunmayacaq. Ukraynaya dəstək münaqişəyə və insanların öldürülməsinə ən qısa zamanda son qoymaq istəyinə, ilk növbədə ABŞ prezidenti Donald Trampın planına əsaslanacaq", - deyə o, "Facebook"da yayımlanan videomüraciətində bildirib.

Okamuranın sözlərinə görə, bu, 15 dekabrda təyin olunmuş yeni Çexiya hökumətinin mövqeyidir və Baş nazir Andrey Babiş ilə birgə hazırlanıb.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR