Çin okeanların duzluluğunu ölçmək üçün ilk peykini uğurla orbitə buraxıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, "Haiyang-4-01” kosmik gəmisini daşıyan CZ-4B raketi noyabrın 14-də Taiyuan Peyk buraxılış Mərkəzindən orbitə buraxılıb.
Çin tərəfi peykdən alınan məlumatlardan milli iqtisadiyyatın maraqları üçün istifadə etməyi planlaşdırır.
Mina Mikayılova