Oksford İnternet İnstitutunun yeni araşdırması süni intellektin (Si) imkanlarını ölçmək üçün istifadə edilən bir çox testlərin elmi baxımdan etibarlı olmadığını ortaya qoyub.
Bakıvaxtı.az bildirir ki, alimlərin 445 fərqli test və metod üzərində apardığı tədqiqat göstərib ki, bu sınaqların əksəriyyəti real bacarıqları deyil, daha çox təkrarlanan məlumat və üsulları ölçür.
Baş elmi işçi Adam Mehdi bildirib ki, bəzən süni intellektin düzgün cavab verməsi onun həqiqətən anlayışa sahib olduğu anlamına gəlmir.
Tədqiqatçılar etibarlı nəticələr üçün testlərin əhatə dairəsinin aydınlaşdırılmasını və statistik müqayisə üsullarının tətbiqini təklif ediblər.
Mütəxəssislər bu istiqamətdə yeni, real dünya tapşırıqlarına əsaslanan testlərin hazırlanmağa başladığını da qeyd ediblər.
Əli Hüseynov
Bakı 



