• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Ölkədaxili nağdsız əməliyyatların həcmi ARTDI

İQTİSADİYYAT

26 Sentyabr 2022 | 17:54

Ölkədaxili nağdsız əməliyyatların həcmi ARTDI

Bu ilin yanvar-avqust aylarında ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə artıb.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 mlrd. 235 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1 mlrd.708 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 524 mln. manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib.

Məlumata görə, avqust ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 45%-ni təşkil edib. Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 4.1%, POS terminalların sayı 23% artıb.
 


SON XƏBƏRLƏR