• Bakı 26° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Ölkədə həyat sığortası üzrə ödənişlər 40%-dən çox artıb

İQTİSADİYYAT

26 Iyun 2026 | 13:35

Ölkədə həyat sığortası üzrə ödənişlər 40%-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 450,482 milyon manat sığorta haqqı toplanılıb.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,9 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 40,3 % artaraq 288,111 milyon manata çatıb.

Beləliklə, 5 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 64 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 49,2 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 732,633 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 1,85 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 409,636 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,1 % çoxdur.

5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,8 manat olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyun 2026