2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 4 milyard 049,8 milyon manat investisiya yönəldilib.
Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14,9 % çoxdur.
Qeyri neft-qaz sektoruna investisiya qoyuluşu isə 2025-ci ilin yanvar-mart ayları ilə nisbətdə 2,2 % artaraq 2 milyard 523,9 milyon manata çatıb.
Bakı 




