Azərbaycan Hava Yolları (AZAL) üçün uçuş yalnız bir nəqliyyat xidməti deyil. Şirkət Azərbaycanı dünya ilə birləşdirən hava körpüsüdür.
Bakıvaxtı.az xəbər verir ki, aviaşirkət məhz bununla bağlı videoçarx yayımlayıb.
Sözügedən çarxda şirkətin fəaliyyətinin əsasını təşkil edən təhlükəsizlik, peşəkarlıq, məsuliyyət, komanda işi və davamlı inkişaf prinsipləri ön plana çıxarılır.
Məhz bu dəyərlər hər gün minlərlə əməkdaşın əməyində, qəbul edilən qərarlarda və sərnişinlərə təqdim olunan xidmətlərdə öz əksini tapır.
AZAL-ın yeni imicini vurğulayan “Sonsuz üfüqlərə doğru” adlı çarxı təqdim edirik:
Bakı 



