• Bakı 13° C

    6.14 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Ombudsmanın fəaliyyəti dövründə 879 məhkum əfv edilib

CƏMİYYƏT

07 Mart 2025 | 11:27

Ombudsmanın fəaliyyəti dövründə 879 məhkum əfv edilib

"Ombudsmanın fəaliyyəti dövründə onun vəsatəti ilə ümumilikdə 879, 2024-cü ildə isə 15 məhkum əfv edilmişdir".

Bakıvaxtı.az xəbər verir ki,  bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd olunub ki, Ombudsman məhkumların və onların ailə üzvlərinin əfv haqqında müraciətlərini nəzərə alaraq, müntəzəm olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına vəsatətlər göndərmiş, həmin komissiyanın iclaslarında iştirak etmişdir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

13 Mart 2025