• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Ombudsmanın nümayəndələri Suriayadan Azərbaycana gətirilmiş vətəndaşların problemlərini öyrənib

CƏMİYYƏT

28 Sentyabr 2024 | 14:24

Ombudsmanın nümayəndələri Suriayadan Azərbaycana gətirilmiş vətəndaşların problemlərini öyrənib

Ombudsmanın nümayəndələri Suriayadan Azərbaycana gətirilmiş vətəndaşların problemlərini öyrənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, bu il sentyabrın 18-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 4-ü uşaq, 1-i kişi, 1-i isə qadın olmaqla 6 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri həmin repatriantlarla görüşərək hüquqlarının təmini vəziyyətini araşdırıblar. Repatriantlarla görüş zamanı onların ümumi vəziyyəti qiymətləndirilib, problemləri və ehtiyacları öyrənilib, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilib.

Görüş çərçivəsində həmçinin repatriantlara müvəkkilə müraciət imkanları barədə məlumat verilib.


SON XƏBƏRLƏR